Az | EN

Hüquqşünas məhkəmədə ChatGPT-dən istifadə edib

Fidan Abbaszadə
29 May 2023 14:22
388 baxış
Hüquqşünas məhkəmədə ChatGPT-dən istifadə edib

ABŞ-də bir hüquqşünas məhkəmə işinin müdafiəsi üçün ChatGPT-dən istifadə edib. Aviaşirkəti məhkəməyə verən müştəriləri təmsil edən vəkil işi araşdırmaq üçün süni intellektin köməyinə müraciət edib. Lakin ChatGPT-nin verdiyi məlumatların yanlış olduğu məlum olub.

Çatbotdan məhkəmə işləri üçün istifadə süni intellektin etibarlılığı ilə bağlı ciddi narahatlıqlar yaradıb.

Digər tərəfdən, Hakim Castel iddiaçı vəkilə yalan ifadəyə görə sanksiya tətbiq edib.Bununla belə Schwartz həqiqətləri təsdiqləmək üçün çatbotdan yalan danışıb danışmadığını soruşub.

Digər tərəfdən ChatGPT, təqdim etdiyi məlumatların dəqiq olduğunu və bəzi hüquqi araşdırma platformalarında tapıla biləcəyini iddia edib. Lakin onun qeyd etdiyi qəzaların heç birinin aviaşirkətlə bağlı olmadığı məlum olub. Mənbə haqqında soruşduqda, ChatGPT üzr istəyərək hadisənin "anonim" olduğunu söyləyib.

Süni intellekt həyatımızın bütün sahələrinə daxil olsa da, onun hüquqi məsələlərdə istifadəsi müzakirə mövzusuna çevrilib. Digər tərəfdən bu yaxınlarda süni intellektə əsaslanan Ali Məhkəmə Hüquq Mərkəzi açılıb.

© copyright 2022 | tech.az | info@tech.az