Az | EN

İlk İslami bank kartı təqdim edilib

Cəmil Hüseynzadə
17 Avqust 2023 15:59
1060 baxış
İlk İslami bank kartı təqdim edilib

Bank fəaliyyəti həyatımızın ayrılmaz hissəsidir. Hər kəs artıq təmasız ödəniş üçün bank xidmətlərindən istifadə edirlər. Ancaq bəzi şəxslər İslama uyğun olmadığını əsas gətirərək banklardan uzaq durmağa üstünlük verirlər. Təbii ki, bu, həyatın normal axarına birbaşa təsir edir. Burada “İslam kartları” meydana çıxır.

Bu problemə yönəlik Türkiyədə ilk İsami kart təqdim edilib. Kart hazırda ilkin sifariş mərhələsindədir və “Tayyab” adlanır.

Bəs Tayyab-ın ənənəvi kartlardan fərqi nədir? Nə üstünlükləri var?

Ənənəvi debet kartları ilə müçtəri bankomatlardan nağd pul çıxarmaq və depozit qoymaq kimi əməliyyatlar həyata keçirə bilərsiniz. Eyni şey Tayyab-da da mövcuddur. Bundan əlavə, Tayyab-da pul köçürmələri, kontaktsız ödənişi və mobil bankçılıq kimi xidmətlər də mövcuddur. Yəni əsas xüsusiyyətlərə görə Tayyab ilə digər kartlar arasında heç bir fərq yoxdur. Bəs necə olur ki, “islam” olur? Qurumun internet saytındakı məlumatlara nəzər saldıqda görürük ki , bu kartdan istifadə edən istehlakçıların pulları faiz və kredit əməliyyatlarına sərf olunmur. Bundan əlavə, bu kart sahibləri dini əhəmiyyətli xeyriyyə əməliyyatlarını avtomatik tənzimləyə bilərlər. Kart sahibləri arasında keçirilən püşkatma yolu ilə hər ay bir nəfər Ümrəyə göndəriləcəkdir.

Tayyab banklar kimi səhm və qiymətli kağızlar almağa kömək edir. Ancaq burada əhəmiyyətli bir fərq var. Banklar şirkətlər arasında fərq qoymasa da, Tayyab müştəriyə İslam Maliyyə Təşkilatları üçün Mühasibat və Audit Qurumunun ( AAOIFI ) standartlarına uyğun gələn şirkətlərin səhmlərini almağa icazə verir . Beləliklə, vətəndaş “ halal ” keyfiyyətinə malik olan səhmləri alıb , ondan qazanc əldə etmək imkanına malikdir.

© copyright 2022 | tech.az | info@tech.az