Bloomberg-in əldə etdiyi vergi sənədlərinə görə Tesla və SpaceX-in baş direktoru İlon Mask ABŞ-ın Texas ştatının Ostin şəhərində universitetin tikintisini maliyyələşdirməyi planlaşdırır. Yaradılacaq təhsil müəssisəsinə 100 milyon dollar ayrılacağı bildirilir. Təhsil müəssisəsinin yüksək səviyyəli təhsilə diqqət yetirəcəyi də qeyd olunub.
Vergidən azad statusu tələb edən ərizəyə görə təşkilat kollecdən əvvəl 50 nəfərlik STEM mərkəzli ibtidai və orta məktəb açmağı planlaşdırır; bu məktəb "ən yüksək səviyyədə təhsilə həsr olunacaq".
Məktəb haqqında ərizədə bildirilir ki, universitet “təcrübəli professor-müəllim heyətini” işə götürəcək və “simulyasiyalar, nümunə araşdırmaları, istehsal/dizayn layihələri və laboratoriyalar” daxil olmaqla praktiki öyrənmə təcrübələri ilə dəstəklənən ənənəvi kurrikuluma malik olacaq.
Bloomberg-in məlumatına görə universitet təhsil haqqı və Maskın keçən il Tesla səhmlərinə 2,2 milyard dollar sərmayə qoyduğu xeyriyyə fondu olan "The Foundation" ianələri hesabına maliyyələşəcək. Bununla belə, ərizədə bildirilir ki, məktəb ödənişlər tələb edə və ehtiyaca əsaslanan təqaüdlər təklif edə bilər. Tələbə seçimində ləyaqətə önəm veriləcəyi bildirilərkən, Maskın xeyriyyəçilik üçün etdiyi cəmi ianələrin 410 milyon dollara çatdığı vurğulanır.