Twitter-ə kontent yaradıcılarının platformada öz yazılarını monetizasiya etməklərinə imkan verəcək yeni funksiya əlavə olunub. İlon Mask, funksiyanın artıq bütün dünyada aktiv olduğunu açıqlayıb. Belə ki, Twitter istifadəçiləri şirkətin müəyyən etdiyi qiymət aralıqlarından birini seçərək hesablara ödənişli şəkildə abunə ola biləcəklər.
Abunə olmuş istifadəçilər kontent yaradıcısının ödəniş etmiş şəxslərə özəl kontentini görmək imkanı əldə edəcəklər. Qeyd edək ki, bu kontent tvitlər, fotolar və ya videolar ola bilər.
Twitter platformadakı ödənişlər üçün Stripe ilə əməkdaşlıq edir. 50 dollardan etibarən pul qazanmağa başlayacaq olan hesab sahibləri, 50.000 dollara qədər olan gəlirlərindən 97 faizə qədərini tam şəkildə əldə edə biləcəklər. Məlumat üçün bildirək ki, abunəlik geri qaytarılmır və avtomatik olaraq hər ay yenilənir.