tech.az marja.az-a istinadən xəbər verir ki, “Twitter”in aylıq istifadəçilərinin sayı 12-18 ay ərzində bir milyardı keçəcək.
Bu sosial şəbəkənin sahibi İlon Mask məlumat verib. “Mən 12-18 aydan sonra aylıq Twitter istifadəçilərinin sayının bir milyardı ötəcəyini düşünürəm”, - deyə o, Twitter səhifəsində yazıb.
Mask platformanın sahibi olduqdan sonra Twitter istifadəçilərinin sayının rekord həddə çatdığını dəfələrlə bəyan edib. Oktyabrın sonunda Mask nəhayət Twitter-in alınması üçün 44 milyard dollarlıq müqavilə bağlayıb.
Qeyd edək ki, Amerika şirkəti olan "Twitter" 2006-cı ildə təsis edilib. Şirkətin əsas məhsulu qısa mesaj mübadiləsi üçün istifadə olunan sosial şəbəkədir.