Az | EN

İlon Maskı tənqid edən iki işçi "Tesla"dan qovulub

Bənövşə Kazımova
21 Dekabr 2022 12:13
423 baxış
İlon Maskı tənqid edən iki işçi "Tesla"dan qovulub

"Tesla" İlon Maskı tənqid edən iki əməkdaşını qanunsuz olaraq işdən çıxarmaqda ittiham olunur. Bu barədə məlumatı "Bloomberg" xəbər agentliyi yayıb.

Dekabrın əvvəlində onlar işdən çıxarıldıqlarına görə ABŞ Milli Əmək Münasibətləri Şurasına şikayət ediblər. Bildirilir ki, şirkət bu qərarı ilə işçilərin ifadə azadlığını təmin edən federal qanunları pozub.

Məsələ ilə bağlı açıqlama verən işçilər "Tesla"nın təcavüzə qarşı siyasətindəki səriştəsizliyini və pandemiyadan sonra ofisə qayıtma siyasətlərini tənqid etdikləri üçün işdən çıxarıldıqlarını bildiriblər. Belə ki, işçilər şirkətin icraçı komandasına yazdıqları məktubda may ayında elan edilmiş sərt ofisə qayıtma siyasətində dəyişikliklər edilməsini tələb ediblər. Çünki bu siyasətə görə, bütün işçlər həftədə ən azı 40 saat şirkət ofisdən işləməlidirlər.

Bildirək ki, iş şəraitinin müzakirəsi ABŞ əmək qanunvericiliyi ilə qorunan bir məsələdir. Şirkət isə hələlik mövzu ilə bağlı açıqlama verməyib.

© copyright 2022 | tech.az | info@tech.az