Az | EN

İlon Maskın Neuralink şirkəti 8 milyard dollar investisiya toplayır

Nigar Sultanli
24 Aprel 2025 12:13
85 baxış
İlon Maskın Neuralink şirkəti 8 milyard dollar investisiya toplayır

İlon Maskın beyin-kompüter interfeysləri üzərində çalışan texnoloji startapı Neuralink, 8,5 milyard dollar dəyərində qiymətləndirmə ilə 500 milyon dollarlıq yeni investisiya raundu keçirməyi planlaşdırır. Hazırda şirkət investorlarla ilkin maliyyələşdirmə danışıqları aparır. Qeyd olunur ki, bu mərhələdə müzakirə edilən şərtlər dəyişə bilər.

Neuralink-in dəyərinə dair qiymətləndirmələr fərqli olub: 2023-cü ilin iyununda Reuters mənbələri şirkətin dəyərini 5 milyard dollar kimi göstərmişdi, PitchBook məlumat bazası isə həmin ilin noyabrında bu rəqəmi 3,5 milyard dollar olaraq qeyd etmişdi.

2016-cı ildə təsis edilən Neuralink, insan beynini kompüterlərlə birbaşa əlaqələndirən neyrointerfeys texnologiyaları üzərində işləyir. Şirkət ilk insan üzərində əməliyyatın 2024-cü ilin əvvəlində həyata keçirildiyini açıqlayıb. İkinci xəstənin implantasiya prosesi haqqında isə İlon Mask 2024-cü ilin avqustunda məlumat verib. Üçüncü pasiyentə çipin yerləşdirilməsi isə 2025-ci ilin yanvarında baş tutub.

Şirkət son zamanlar beynəlxalq miqyasda çiplərin implantasiyası üçün könüllülər axtarışına başlayıb. Əvvəllər bu proqram yalnız ABŞ, Kanada və Birləşmiş Krallıq vətəndaşları üçün əlçatan idi.

© copyright 2022 | tech.az | info@tech.az