İlon Maskın süni intellekt şirkəti xAI investorların az marağı səbəbindən 5 milyard dollarlıq borc satışının vaxtını uzadıb və faiz dərəcəsini yüksəldib.
Şirkət investorların borcu almaq üçün son müraciət tarixini çərşənbə axşamından cümə gününə qədər uzadıb. Həmçinin 3 milyard dollarlıq istiqrazların və 1 milyard dollarlıq kreditin illik faizi 12%-dən 12,5%-ə qaldırılıb.
xAI, başqa bir kreditin faizini də ABŞ-ın gündəlik kredit faizi ilə müqayisədə 7% səviyyəsindən 7.25%-ə qaldırıb. Bu kredit dollar qarşılığında 96 sentə satılacaq. Şirkət və razılaşmaya rəhbərlik edən Morgan Stanley hələlik mövzu ilə bağlı açıqlama verməyib.
Bazarda yüksək faizli istiqrazların orta gəlirliliyi təxminən 7.6%-dir. xAI-nin borcu hələ reytinq almadığı üçün investorlar şirkətin maliyyə vəziyyətini tam bilmir və risk daha yüksək hesab olunur. Buna görə də şirkət daha yüksək faiz təklif etməyə məcburdur.
Əgər razılaşma cümə günü tamamlanarsa, Morgan Stanley bazar ertəsi qiymətli kağızları investorlar arasında paylayacaq.
Investorlar İran və İsrail arasındakı münaqişə səbəbindən ehtiyatlı davranırlar. ABŞ-ın bölgəyə müdaxilə edib-etməyəcəyi isə hələ bilinmir.