Az | EN

İlon Maskın xAI şirkəti "Hotshot"ı satın alıb

Nigar Sultanli
19 Mart 2025 12:04
74 baxış
İlon Maskın xAI şirkəti "Hotshot"ı satın alıb

İlon Maskın rəhbərlik etdiyi süni intellekt şirkəti xAI OpenAI-nin Sora platformasına bənzər video istehsalı edən San Francisco mərkəzli Hotshot şirkətini satın alıb. Satınalmanın maliyyə detalları açıqlanmasa da, xAI-nin bu addımı video istehsalı sahəsində mövqeyini gücləndirmək məqsədini güdür.

Hotshot son iki ildə süni intellekt vasitəsilə üç əsas video modeli inkişaf etdirmişdi: Hotshot-XL, Hotshot Act One və Hotshot. Əvvəlcə şəkil yaratmaqla başlayıb, daha sonra mətn əsaslı video istehsalına keçib. Şirkətin sərmayəçiləri arasında Reddit-in qurucusu Alexis Ohanian və investor Lach Groom kimi tanınmış şəxslər var.

xAI-nin "Hotshot"ı alması şirkətin OpenAI və Google ilə rəqabət etmək üçün video istehsalı modelləri inkişaf etdirmək niyyətində olduğunu göstərir. Mask yanvar ayında yeni "Grok Video" modelinin bir neçə ay içində istifadəyə veriləcəyini açıqlamışdı.

Hotshot satın alındıqdan sonra 14 martda yeni video istehsalını dayandırdığını və mövcud müştərilərinə 30 mart tarixinə qədər əvvəlki videolarını yükləmələrini istəyib. Həmçinin, Hotshot komandası ilə bağlı hansı əməkdaşların xAI-ya qoşulacağı hələ bəlli deyil.

© copyright 2022 | tech.az | info@tech.az