Az | EN

Immersive Gamebox 20 milyon dollar investisiya alıb

Bənövşə Kazımova
19 Noyabr 2022 17:40
320 baxış
Immersive Gamebox 20 milyon dollar investisiya alıb

Fiziki oyun otaqları təklif edən Immersive Gamebox startapı Harlan Capital-dan 20 milyon dollar investisiya alıb. Nəzərinizə çatdıraq ki, Vil Din və Devid Spindler tərəfindən qurulan Immersive Gamebox istifadəçilərə fiziki oyun otaqlarında maraqlı təcrübələr yaşamağa imkan verir.

2-6 nəfərlik komandaların istifadə edə biləcəyi oyun otaqlarında oyunlar bütün divarda əks olunur. Otaqlardakı hərəkət aşkarlama və Lidar proqramı oyunçulara bədənlərini hərəkət etdirərək oyun oynamağa imkan verir. Əlavə edək ki, Angry Birds və Squid Game da oyun otaqlarında nümayiş etdirilən oyunlar arasındadır.

Şirkət bu yeni investisiyadan növbəti 3 il ərzində EMEA regionunda 250 yeni məkan açmaq üçün istifadə edəcək. 2023-cü ilin sonuna kimi isə 100 yeni məkanın açılması gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az