Az | EN

Instagram bir gündə 44 milyon mavi işarə sataraq rekord gəlir əldə edib

Bənövşə Kazımova
08 Aprel 2023 16:26
602 baxış
Instagram bir gündə 44 milyon mavi işarə sataraq rekord gəlir əldə edib

Twitter-dən sonra Instagram-ın ödənişli mavi işarə funksiyasına keçməsi satışları hədsiz dərəcədə artırıb.

Ötən həftələrdə başlayan ödənişli mavi işarə xidməti üçün veb tətbiqində $11.99, mobil tətbiqdə isə $14.99 aylıq abunə ödənişi tələb olunur. Müəyyən sənədləri təqdim etdikdən sonra 18 yaşdan yuxarı istifadəçilər mavi işarə almaq hüququna malikdirlər.

Yalnız bir gündə 44 milyon mavi işarə satıldığı və 660 milyon dollar gəlir əldə edildiyi bildirilir. Bu günə qədər mavi işarə tanınmış profillərə verilirdi. İndi isə pul ödəyən hər bir istifadəçi ona sahib ola bilər.

Bildirək ki, mavi işarə xidmətində real müştəri nümayəndələri, Stories və Reels videolarında şəxsi etiketlər və ayda 100 ulduz kimi üstünlüklər də təklif olunur.

© copyright 2022 | tech.az | info@tech.az