Az | EN

Instagramın yeni tətbiqi Twitter-ə rəqib olacaq

Fidan Abbaszadə
20 May 2023 16:47
380 baxış
Instagramın yeni tətbiqi Twitter-ə rəqib olacaq

Instagram Twitter-ə bənzər mətn yönümlü tətbiqi üzərində işləri inkişaf etdirib. Artıq sosial media fenomeni layihənin ilk görüntülərini paylaşıb.

Bu platforma əslində Instagram-ın dəyişdirilmiş versiyası olacaq. Tətbiqin hələ Instagram-dan fərqli bir adı yoxdur, lakin layihə adı olaraq "P92" və ya "Barselona" adlanır. Onu da qeyd edək ki, tətbiq istifadəçilərin mövcud Instagram hesabları ilə inteqrasiya edərək ayrıca hesab tələb etməyəcək.

Müvafiq olaraq, Twitter-ə bənzər tətbiqdə İnstagram izləyicilərinin sayı, istifadəçi adı, bio və təsdiq nişanı kimi əsas profil elementləri də yer alacaq. Sızdırılan dizayn görüntülərinə görə, bunun mətn yönümlü, Instagrama bənzər bir dizayn olduğunu deyə bilərik.

Instagram-ın yeni tətbiqi həmçinin istifadəçilərə link, foto və video əlavə etmək imkanı da verəcək. Twitter-dən fərqli olaraq postlarda 500 simvol yazmaq mümkün olacaq.

© copyright 2022 | tech.az | info@tech.az