Az | EN

“Intel” yenidən dünyanın ən dəyəri çip markası olub

Bənövşə Kazımova
08 Aprel 2023 10:50
512 baxış
“Intel” yenidən dünyanın ən dəyəri çip markası olub

“Intel” şirkəti 2022-ci ildə Tayvanın “TSMC” şirkətini qabaqlayaraq dünyanın ən qiymətli çip markası adını qoruyub saxlayıb. 

Bu barədə Britaniyanın “Brand Finance” konsaltinq şirkətinin saytında dərc olunmuş hesabatda məlumat verilib.

Xüsusilə, keçən il “Intel” brendinin dəyəri 10% azalaraq 22.9 milyard dollara düşüb. “TSMC” brendi isə 2022-ci ildə 5% artıb və hazırda onun dəyəri 21.6 milyard dollar olaraq qiymətləndirilir.

Həmçinin ilk üçlükdə ötən ilin sonunda brend dəyəri 16.9 milyard dollar olan Amerikanın “Nvidia” şirkəti olub. Dəyərinə görə ilk 10 brendə həmçinin “SK Hynix”, “Qualcomm”, “Broadcom”, “AMD”, “ASML”, “Micron” və “Texas Instruments” daxildir.

© copyright 2022 | tech.az | info@tech.az