Kiçik məbləğlər ilə yatırım etməyə imkan verən Yancep-in mobil tətbiqi təqdim edilib.
Gedik İnvestment, hiBoost və Appcent-dən 350 min dollar investisiya ilə fəaliyyətə başlayan Türkiyə startapı kiçik məbləğlərlə investisiya etmək istəyən şəxslərə fərdiləşdirilmiş portfellər təklif edərək maliyyə investisiyalarını hər kəs üçün “əlçatan” edir.
Yancep-də heç bir maliyyə biliyinə sahib olmayan istifadəçilər ekspertlər tərəfindən idarə olunan portfellərə rahatlıqla yatırım edə bilərlər. Müxtəlif varlıqlara investisiya imkanı yaradan fond müxtəlifliyi ilə seçilən Yancep-də istifadəçilər 1 TL ilə də yatırım edə bilərlər. Maliyyə sahəsində baş verən dəyişiklərə görə tətbiqdəki məlumatlar ekspertlər tərəfindən daimi olaraq yenilənir.
Yancep-in həmtəsisçisi Hilmi Kaya tech.az mediaya verdiyi açıqlamada tətbiqin fəaliyyətinin yanlız Türkiyə üçün nəzərdə tutulmadığını, digər ölkələrdə də fəaliyyətə başlayacağını qeyd edib. Azərbaycan da bu ölkələr sırasındadır.
Ege Ertez və Hilmi Kaya tərəfindən təsis edilən Yancep insanlardan heç bir maliyyə savad tələb etmədən minimum məbləğlərlə investisiya etməyə şərait yaradan investisiya platformasıdır.