Az | EN

İokio startapı “MDB üçün 100 ideya” layihəsində mükafat qazanıb

Səbinə Eyvazova
02 Noyabr 2023 16:39
319 baxış
İokio startapı “MDB üçün 100 ideya” layihəsində mükafat qazanıb

İOKİO startapı Minsk şəhərində “MDB üçün 100 ideya” Beynəlxalq gənclər layihəsinin final mərhələsində İT sahəsi üzrə həvəsləndirici hədiyyə qazanıb. Startap Lütfizadə Texnologiya mərkəzinin akselerasiya proqramından məzun olub.

İOKİO startapı müxtəlif brendlərin rəqəmsal hədiyyə kartlarını onlayn seçməyə, almağa və göndərməyə imkan verən platformadır.
İOKİO komandası istifadəçilər üçün zaman və məkan məhdudiyyətini aradan qaldıran rəqəmsal həll təklif edir. Artıq ölkədaxili və ya ölkəxarici istədiyiniz yerdən istədiyiniz hədiyyə kartını onlayn alıb dərhal göndərə bilərsiniz.

 

© copyright 2022 | tech.az | info@tech.az