Az | EN

İsrail mərkəzli casus proqramı telefonlardan məlumat oğurlayıb

Bənövşə Kazımova
13 Aprel 2023 13:02
418 baxış
İsrail mərkəzli casus proqramı telefonlardan məlumat oğurlayıb

İsrailin casus proqram şirkəti QuaDream-in hazırladığı proqram təminatı ilə bir çox ölkələrdə jurnalistlərin, qeyri-hökumət üzvlərinin və fəalların telefonlarındakı məlumatlara icazəsiz daxil olduğu üzə çıxıb.

Belə ki, İsrail mərkəzli QuaDream şirkəti tərəfindən "Reign" adı ilə satışa çıxarılan proqram təminatının bəzi şəxslərin iPhone telefonlarına giriş etdiyi müəyyən edilib. Məsələ ilə bağlı Mirsoroft şirkəti proqramın iPhone-larda iOS əməliyyat sisteminin köhnə versiyalarına qarşı necə istifadə edildiyini aşkar edib. Microsoft paylaşdığı məlumatda, qurbanların, əsasən, Şimali Amerika, Orta Asiya, Cənub-Şərqi Asiya, Avropa və Yaxın Şərqdə olduğunu açıqlayıb. Həmçinin bu proqramının iOS əməliyyat sisteminin 14-cü versiyasından istifadə edilən cihazlarda da təsbit edildiyi bildirilib.

Nəzərinizə çatdıraq ki, İsraildə istifadə edilən QuaDream casus proqramının şirkət tərəfindən, və ya İsrail hökuməti tərəfindən istifadə edildiyi hələlik məlum deyil.

© copyright 2022 | tech.az | info@tech.az