Az | EN

Kibertəhlükəsizlik riskləri üzrə startap, “Safe Security” 50 milyon dollar investisiya alıb

Nail Valiyev
19 Aprel 2023 14:49
334 baxış
Kibertəhlükəsizlik riskləri üzrə startap, “Safe Security” 50 milyon dollar investisiya alıb

Texnologiya və internet dünyasının ən əhəmiyyətli problemlərindən biri olan kibertəhlükəsizlik təhdidlərinə fokuslanmış. “Safe Security” investisiya aldığını açıqlayıb. “Safe Security” tərəfindən verilən məlumata görə, startap 50 milyon dollarlıq sərmayə alıb. B Seriyası investisiya turuna “Sorenson Capital” rəhbərlik edib.

Yeni investisiya ilə “Safe Security”nin bu günə qədərki sərmayəsi 100 milyon dollara çatıb. Startap tərəfindən verilən məlumata görə, yeni investisiya əməliyyatları genişləndirmək, platformasına maşın öyrənmə texnologiyasını əlavə etmək və yeni müştərilərə çatmaq üçün istifadə ediləcək.

2012-ci ildə San-Fransiskoda qurulan “Safe Security” müştərilərin kiber dünyada risklərinin idarə edilməsi üzrə işləyir.

© copyright 2022 | tech.az | info@tech.az