Az | EN

Leobank Rəqəmsal Bank müştərilərinin sayı açıqlanıb

Cəmil Hüseynzadə
28 Aprel 2022 13:30
648 baxış
Leobank Rəqəmsal Bank müştərilərinin sayı açıqlanıb

Son illərdə bank sektorunda rəqabət artmaqdadır. Yeni məhsulların təqdim edilməsi ilə yanaşı, bazara yeni oyunçular da daxil olur. Leobank da bunlardan biridir. Ölkədə rəqəmsal bankçılıq anlayışını gətirən və uğurla tətbiq edən Leobankın artıq 300 000-dən çox müştərisi var. Bank “Filial olmadan bank” sistemi ilə müştərilərinə mobil bankçılıq xidmətini uğurla təqdim edən Leobankın filialı istifadəçinin smartfonudur. Bütün xidmətləri asanlıqla smartfon vasitəsi ilə yerinə yetirmək mümkündür. Yalnız kart hesabının balansının nağd artırılması üçün ödəniş terminallarından və ya ATM-lərdən istifadə tələb olunur.

© copyright 2022 | tech.az | info@tech.az