Az | EN

LinkedIn 716 nəfəri işdən çıxararaq Çindəki iş tapma tətbiqini bağlayacağını açıqlayıb

Fidan Abbaszadə
09 May 2023 17:07
259 baxış
LinkedIn 716 nəfəri işdən çıxararaq Çindəki iş tapma tətbiqini bağlayacağını açıqlayıb

Biznes əlaqələri, işçi və iş tapmaq sahəsində dünyanın ən məşhur platformalarından biri olan LinkedIn Çindəki InCareer tətbiqini bağlayaraq 716 nəfəri işdən çıxaracağını açıqlayıb.

Şirkətin baş direktoru Rayan Roslanski işçilərinə yazdığı elektron məktubda işdən çıxarılmalarına səbəb kimi dünyadakı güclü rəqabət və çətin makroiqtisadi mühiti göstərib. O, qeyri-müəyyən iqtisadi şərtlər qarşısında şirkəti daha çevik hala gətirmək istədiklərini qeyd edib.

LinkedIn-in Ceo-sunun sözlərinə görə, məhsul və mühəndislik qrupları şirkətin texnoloji yol xəritəsinə cavabdeh olacaq, biznes məhsuldarlığı komandası isə mərhələli şəkildə ləğv edilərək biznesin digər hissələrinə qismən inteqrasiya olunacaq. Tədricən baş tutacaq ixtisarların mayın 15-dən başlayacağı və prosesin avqustun 9-da başa çatacağı bildirilib.

© copyright 2022 | tech.az | info@tech.az