Az | EN

“LinkedIn”də süni intellektlə işləyən yeni funksiyalar işə salınıb

Bənövşə Kazımova
17 Mart 2023 10:03
546 baxış
“LinkedIn”də süni intellektlə işləyən yeni funksiyalar işə salınıb

“LinkedIn” iş axtaranlara öz CV-lərini və profillərini, işə götürənlərə isə vakansiyaların təsvirlərini yazmaqda kömək etmək üçün süni intellektlə işləyən həllər təqdim edib.

Məlumat üçün bildirək ki, birinci funksiya GPT-4 modelində, ikincisi isə GPT-3.5-də işləyir, lakin hələlik onlar yalnız premium istifadəçilər üçün əlçatandır. Şirkət mövzu ilə bağlı açıqlamasında “Bizim alətimiz “Haqqında” və “Başlıq” bölmələrində ən vacib bacarıq və təcrübələri müəyyən edir və profilinizi təkmilləşdirməyə imkan verir”, – deyə bildirib. Alətin işləmə mexanizmi isə belədir: işə götürən əsas məlumatları, həmçinin vəzifənin və şirkətin adını qeyd edir, alət isə avtomatik olaraq vakansiyalar yaradır.

Bütün müsbət cəhətlərə baxmayaraq, “TechCrunch” qeyd edib ki, süni intellekt namizəd haqqında yanlış təsəvvürün yaranmasına səbəb ola bilər.

© copyright 2022 | tech.az | info@tech.az