LinkedIn iş axtaranlar üçün yeni süni intellekt funksiyasını sınaqdan keçirir. Şirkət namizədlərin platformada insan resursları menecerlərinə göndərə biləcəyi qısa, “cover letter”-ə bənzər mesajlar yaradacaq yeni funksiyanı sınaqdan keçirir. Bu funksiya artıq saytın premium abunəçiləri üçün istifadəyə verilib.
Yeni funksiya “cover letter”-in göndəriləcəyi şirkətə uyğun məktub yaratmaq üçün kandidatın və insan resursları menecerinin profilindəki məlumatlardan, bununla yanaşı, iş təsviri və şirkət haqqındakı informasiyalardan da istifadə edir.
OpenAI şirkətinin tərəfdaşı Microsoft-a məxsus olan LinkedIn süni intellektlə əlaqəli başqa funksiyaları da sınaqdan keçirib.