OpenAI-nın ən böyük investoru olan Microsoft-un damı altında fəaliyyət göstərən Linkedln, Premium ödənişli abunə planına qeydiyyatdan keçmiş istifadəçilər üçün yeni süni intellekt dəstəkli funksiyalar əlavə edir.
İstifadəçilərin peşəkar həyatlarına diqqət yetirən sosial media platforması LinkedIn, yeni süni intellekt dəstəkli alətləri ilə iş axtarışı və müraciət prosesini asanlaşdırmağı hədəfləyir. 2023-cü ildə OpenAI ilə əməkdaşlıq edərək bir sıra yeni funksiyalar təqdim edən Linkedln istifadəçilərə daha effektiv profillər, əhatə məktubları və CV-lər yaratmağa imkan verir.
Şirkət premium abunəçilər üçün "süni intellekt tərəfindən dəstəklənən ekspert məsləhəti" adlı yeni funksiyanı sınaqdan keçirməyə başladıyıb.
Bu həftə açıqlasındada Linkedln-in Məhsul rəhbəri Tomer Kohen 2007-ci ildən bəri süni intellekt inkişaf etdirdiklərini və missiyalarının platformadan istifadə edən insanların bir-birləri ilə əlaqə qurmalarını təmin etmək olduğunu izah edib.