NASA verdiyi açıqlamada əlverişsiz hava şəraiti səbəbiylə Mars helikopterinin uçuşlarını bir neçə həftə təxirə salacağını bildirib.
Məlumatlara görə, Marsdakı havada tozun miqdarı Ingenuity-in missiyasına mane ola bilər. Cihaz tozun səviyyəsi azaldıqdan sonra avqustun əvvəlində Marsda yenidən kəşfiyyata çıxacaq. Ingenuity-nin də bu prosesdə batareyalarını doldurması gözlənilir.
Qeyd edək ki, Mars helikopteri 2021-ci ilin aprelində ilk missiyasından indiyədək 29 uçuş qeydə alıb. Son həftələrdə artan toz və həddindən artıq soyuq hava səbəbindən helikopter bir çox çətinliklərlə mübarizə aparmalı olub. Bu səbəbdən Ingenuity-nin sensorlarından birində problem yaranıb.