Mədəniyyət Nazirliyinin və SUP.VC şirkətinin birgə təşəbbüsü ilə “Mədəni təcrübələrin oyunlaşdırılması” mövzusunda ustad dərsi keçiriləcəkdir.
Mədəni təcrübələrin öyrənilməsində və təbliğində oyunlardan istifadə üsulları innovativ yeniliklərə imkan yaradır. Oyunlaşdırmanın tətbiqi mədəniyyətin öyrənilməsinə, yeni mədəni resursların inkişafına təkan verir.
Ustad dərsin məruzəçisi İlqar Əlirzayevdir. İlqar Əlirzayev oyun dizayneridir və Gameponsun həmtəsisçisidir. O, 2019-cu ildən müxtəlif ənənəvi və rəqəmsal oyunlar, Web3 və Metaverse layihələri üzərində işləyir. Eyni zamanda “Metamad Studio” oyun studiyasının həmtəsisçisidir.
Tədbirdə iştirak etmək üçün bu linkdən qeydiyyatdan keçə bilərsiniz.