Az | EN

Məktəbli robototexniklərimiz ABŞ-da finala çıxdı

Bənövşə Kazımova
12 Aprel 2023 12:53
349 baxış
Məktəbli robototexniklərimiz ABŞ-da finala çıxdı

Beynəlxalq robototexnika yarışına "Azercell"in dəstəyi ilə qatılan məktəblilərimiz çempionluq oyununa vəsiqə qazanıblar.

NASA-nın “FIRST Robotics Competition” (FRC) müsabiqəsinə bu il ilk dəfə olaraq qatılan Azərbaycan elə ilk dəfədən mükafata layiq görülüb və finala keçiblər.

Yarışmaya "Azercell"in dəstəyi və “Train Brain” şirkətinin təşkilatçılığı ilə qatılan MeckHack #9030 komandamız bu beynəlxalq tədbir üçün hazırladığı robotu Nyu-Yorkda münsiflər heyətinə təqdim edib. Müxtəlif ölkələri təmsil edən 51 komanda ilə mübarizə aparan məktəblilərimiz müsabiqənin nəticələrinə əsasən Hyuston şəhərində keçiriləcək çempionatda iştirak edəcəklər. Nəzərinizə çatdıraq ki, bu müsabiqəyə ilk dəfə qatılan Azərbaycan komandasının final mərhələyə yüksəlməyi artıq böyük uğurdur və yarışmanın tarixində nadir haldır.

Bu münasibətlə məktəbli robototexnikləri təbrik edir və onlara yarışmanın final mərhələsində uğurlar arzulayırıq!

© copyright 2022 | tech.az | info@tech.az