Az | EN

Mərkəzi Bank tərəfindən elektron pul təşkilatlarına və ödəniş təşkilatına müvafiq lisenziyalar verilib

Cəmil Hüseynzadə
24 May 2024 10:18
461 baxış
Mərkəzi Bank tərəfindən elektron pul təşkilatlarına və ödəniş təşkilatına müvafiq lisenziyalar verilib

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidməti istifadəçilərinə ödəniş xidmətlərini təqdim edən şəxslər Mərkəzi Bank tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət göstərməlidir.

Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların müvafiq qanunvericilik tələbləri üzrə qiymətləndirilməsi həyata keçirilməkdədir. Bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin 16 may 2024-cü il tarixli Qərarı ilə “A-Solutions Elektron Pul Təşkilatı” MMC və “UNİTED PAYMENT” MMC-yə elektron pul təşkilatı, “Token Azərbaycan” MMC-yə isə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziyalar təqdim olunub.

Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir.

Qeyd edək ki, ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə veriləcək lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanacaqdır.

© copyright 2022 | tech.az | info@tech.az