Az | EN

Məşhur sənətçilərin musiqiləri TikTok-dan silinir

Cəmil Hüseynzadə
01 Fevral 2024 15:06
445 baxış
Məşhur sənətçilərin musiqiləri TikTok-dan silinir

Universal Music Group (UMG) TikTok ilə yollarını ayırıb. UMG-yə daxil olan sənətçilər arasında Taylor Swift, Bad Bunny, Sting, The Weeknd, Alicia Keys, SZA, Steve Lacy, Drake, Billie Eilish, Kendrick Lamar və bir çox başqa məşhur adlar var.

UMG, TikTok-un musiqidən istifadə ilə bağlı əvvəlki müqavilədə müəyyən edilmiş ədalətli şərtlərdən yayınma cəhdinə etiraz edərək məzmunun lisenziyalaşdırılmasını dayandırmaq qərarına gəldiyini bildirib. “Universal Music Group-un öz maraqlarını bizim sənətçilərin və mahnı müəlliflərinin maraqlarından üstün tutması təəssüf doğurur”deyə TikTok açıqlama verib.

© copyright 2022 | tech.az | info@tech.az