Az | EN

Meta-nın Twitter-ə rəqib olan platformasının ilk görüntüləri yayımlanıb

Fidan Abbaszadə
09 İyun 2023 11:37
229 baxış
Meta-nın Twitter-ə rəqib olan platformasının ilk görüntüləri yayımlanıb

Dünən Metanın iclasında Project 92 kod adlı sosial media platformasının ilkin görüntüləri nümayiş etdirilib. Twitter kimi görünən yeni platforma Instagram əsaslı olacaq və mərkəzləşdirilməmiş sosial media protokolu ActivityPub tərəfindən dəstəklənəcək.

Meta-nın məhsul inkişafı üzrə baş direktoru Chris Cox-a görə, Project 92 sözün əsl mənasında "Twitter-ə cavab” məqsədi daşıyır. Meta-nın platformanı ən qısa zamanda geniş ictimaiyyətə təqdim edəcəyi bildirilib.

 

Hazırda Project 92 kod adlı sosial media tətbiqinin hansı adla debüt edəcəyi bəlli deyil. Ancaq, platformanın Threads adlandırılacağı iddia edilir. Bundan əlavə, Cox-a görə, DJ Slime kimi bəzi məşhurlar artıq ilk istifadəçilər arasındadır.

© copyright 2022 | tech.az | info@tech.az