Az | EN

Microsoft Anthropic ilə əməkdaşlığa başlayır

Nigar Sultanli
10 Sentyabr 2025 15:32
49 baxış
Microsoft Anthropic ilə əməkdaşlığa başlayır

"Microsoft" "Office 365" proqramlarında bəzi süni intellekt xüsusiyyətləri üçün "Anthropic" şirkətinin texnologiyasından istifadə etməyə başlayır. Bu addım, "Microsoft"un "OpenAI"dan asılılığını azaltmaq və süni intellekt sahəsindəki tərəfdaşlarını artırmaq istədiyini göstərir.

"Microsoft"un bu qərarı, "OpenAI"ın özü üçün müstəqil infrastruktur layihələri yaratması və "LinkedIn"ə rəqib hazırlaması ilə iki şirkət arasındakı gərginliyin artdığı bir dövrə təsadüf edir.

"The Information" xəbər verir ki, "Microsoft"un "Anthropic" ilə əməkdaşlığı yalnız danışıq taktikası deyil. "Microsoft" rəhbərləri, "Anthropic"in ən son modellərinin, xüsusilə də "Claude Sonnet 4"-ün, bəzi işlərdə ("PowerPoint" təqdimatları hazırlamaq kimi) "OpenAI" modellərindən daha yaxşı nəticələr verdiyinə inanır.

Hər iki şirkət öz yollarını davam etdirir. "Microsoft" artıq "MAI-Voice-1" və "MAI-1-preview" adlı öz süni intellekt modellərini hazırlayır. Eyni zamanda, "OpenAI" da "Microsoft"dan daha müstəqil olmaq üçün 2026-cı ildə öz süni intellekt çiplərini kütləvi istehsal etməyi planlaşdırır.

"Microsoft"un sözçüsü açıqlamasında qeyd edib ki, "OpenAI" ilə uzunmüddətli əməkdaşlıqlarına sadiq qalırlar və "OpenAI" hələ də onların əsas tərəfdaşı olaraq qalır.

© copyright 2022 | tech.az | info@tech.az