Az | EN

Microsoft ChatGPT-nin yeni versiyasını bazara çıxarmaq qərarı alıb

Fidan Abbaszadə
05 May 2023 12:23
403 baxış
Microsoft ChatGPT-nin yeni versiyasını bazara çıxarmaq qərarı alıb

ChatGPT-nin qəfil məşhurlaşması OpenAI şirkətinin ən böyük investoru olan Microsoft üçün böyük uğurdur. Süni intellekt çatbotunu Bing və Edge-ə sürətli şəkildə inteqrasiya edən Microsoft artıq ChatGPT-nin yeni versiyasından pul qazanmağa başlayacaq.

Microsoft açıqlamasında bildirib ki, ChatGPT çatbotunun bizneslərin ehtiyaclarına daha uyğun olan, optimallaşdırılmış və təhlükəsizliyi ön planda tutan xüsusi bir versiyasını təqdim edəcək. Beləliklə, təsadüfi məlumat sızmaları olmayacaq.

Qeyd edək ki, ChatGPT-nin yeni versiyası adi versiyadan 10 dəfə daha baha satılacaq.

OpenAI ChatGPT-nin ictimai versiyasını satarkən Microsoft da məxfiliyə önəm verən təşkilatlara ChatGPT-nin xüsusi versiyasını təklif edəcək. Beləliklə, hər iki halda, ChatGPT gəlir əldə etməyə davam edəcək. Məlumat üçün bildirək ki, ötən günlərdə Samsung-un əməkdaşları ChatGPT-ə şirkət haqqında bəzi məlumatları təqdim edərək suallarına cavab almağa çalışıblar. Daha sonra isə kommersiya sirlərinin ChatGPT tərəfindən məxfiliyinin qorunmaması problemi ortaya çıxıb. Belə bir vəziyyətdə Microsoft-un təklif etdiyi məhsul şirkətlər üçün dəyərli alternativdir.

© copyright 2022 | tech.az | info@tech.az