Az | EN

Microsoft" və "Nebius" arasında milyard dollarlıq strateji saziş

Nigar Sultanli
10 Sentyabr 2025 10:53
123 baxış
Microsoft" və "Nebius" arasında milyard dollarlıq strateji saziş

Microsoft şirkəti süni intellektin işləməsi üçün vacib olan texnologiyaları təmin edən Nebius şirkəti ilə 17.4 milyard dollarlıq dəyərində, beş illik strateji əməkdaşlıq müqaviləsi imzaladı. "Microsoft"un tələblərinin artması halında müqavilənin dəyəri 19.4 milyard dollara qədər yüksələ bilər.

Bu xəbərdən sonra, hazırda 15.3 milyard dollarlıq bazar dəyəri olan "Nebius"un səhmləri dərhal 55%-ə qədər bahalaşaraq şirkət tarixində ən böyük sıçrayışlardan birinə səbəb oldu.

Anlaşmaya əsasən, "Nebius" "Microsoft"a süni intellektin "beyni" sayılan xüsusi kompüter avadanlıqlarını (GPU-ları) təmin edəcək. Bu xidmətlər bu ilin sonuna doğru Nyu-Cersi ştatında yeni tikilən məlumat mərkəzindən başlayacaq.

"Nebius"un rəhbəri Arkadi Voloj bildirir ki, bu razılaşma onlara 2026-cı ildən sonra da inkişaf etməyə kömək edəcək. Bu addım "Microsoft"un bahalı avadanlıqlar almaq əvəzinə, bu işi peşəkarlara həvalə etdiyini göstərir ki, bu da süni intellekt sahəsində yeni bir yanaşma hesab olunur.

© copyright 2022 | tech.az | info@tech.az