Az | EN

“Microsoft”un SharePoint proqram sisteminə kiberhücum edilib

Nigar Sultanli
22 İyul 2025 11:53
70 baxış
“Microsoft”un SharePoint proqram sisteminə kiberhücum edilib

The Washington Post qəzetinin məlumatına görə, hücum nəticəsində ABŞ-nin bəzi dövlət qurumları, Asiyada fəaliyyət göstərən böyük enerji və rabitə şirkətləri, həmçinin bir neçə universitet bu hadisədən zərər çəkib.

Hakerlər Microsoft-un geniş istifadə olunan SharePoint proqram təminatındakı açıq bir texniki səhvdən yararlanaraq hücumu həyata keçiriblər. Mütəxəssislər bildirir ki, bu tip texniki boşluq daha əvvəl aşkarlanmayıb və sistem sahibləri bu haqda məlumatlı olmayıb. Hazırda Kanada, Avstraliya və ABŞ hökumətləri bu məsələni araşdırır.

Hücum, yalnız şirkətlərin özündə yerləşən daxili serverlərə təsir edib. Microsoft yalnız bu proqramın bir versiyası üçün təhlükəsizlik yeniləməsi yayımlayıb. Digər versiyalar hələ də zəif və təhlükəli vəziyyətdədir.

Qeyd edək ki, bu, Microsoft-un kibertəhlükəsizlik sahəsində ilk dəfə ciddi tənqid olunması deyil. Ötən il də şirkət Çindən olan hakerlərin ABŞ rəsmilərinin e-poçt yazışmalarına daxil olmasına şərait yaratdığı üçün tənqid olunmuşdu.

Mütəxəssislər xəbərdarlıq edirlər: bu tip hücumlar təkcə texniki problem deyil, ölkələrin informasiya təhlükəsizliyinə real təhdid yaradır.

© copyright 2022 | tech.az | info@tech.az