Microsoft yeni rəqəmsal kimlik texnologiyasını LinkedIn-də istifadə etməyə başlayır. Bu da şirkətlərə əməkdaşlarının iş yerlərini təsdiqləmək imkani verəcək.
Belə ki, LinkedIn Microsoft-un Entra Verified ID texnologiyası ilə iş yeri yoxlama sistemi təklif edəcək. Şirkətlərin işçiləri bu etimadnamələrdən istifadə edərək iş yerlərini təsdiqləmək üçün LinkedIn-də sorğu görəcəklər. Bu sorğu tamamlandıqda iş yerinin təsdiqi onların LinkedIn profillərində görünəcək.
Bu, Microsoft-un rəqəmsal kimliyin təsdiqlənməsi və yoxlanması yollarını tapmaq üçün onilliklər boyu davam edən təşəbbüsünün bir hissəsidir. Entra şirkət tərəfindən keçən il digər rəqəmsal kimlik texnologiyası məhsulları ilə birlikdə təqdim edilən brenddir.