Az | EN

Mikayıl Cabbarov LinkedIn-in həmtəsisçisi ilə görüşüb

Cəmil Hüseynzadə
19 Yanvar 2024 17:29
204 baxış
Mikayıl Cabbarov LinkedIn-in həmtəsisçisi ilə görüşüb

Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda keçirilən dünya İqtisadi Forumunda iştirak edir. Bu gün - formun son günündə nazir "LinkedIn" şirkətinin həmtəsisçisi Allen Blu ilə görüşüb. Görüşdə qarşılıqlı əməkdaşlıq və bizneslərin inkişafı istiqamətində müzakirələr keçirilib. 

“ "LinkedIn" şirkətinin həmtəsisçisi və məhsulun idarə olunması üzrə vitse-prezidenti Allen Blu ilə Davos İqtisadi Forumu çərçivəsində baş tutan görüşümüzdə əmək bazarında və biznes seqmentində inteqrativ həllərin yaratdığı imkanlar, kadr potensialının müəyyən edilməsi istiqamətində sosial platformaların fəaliyyəti və potensial əməkdaşlıq sahələri barədə danışdıq.” X hesabında Mikayıl Cabbarov sözlərini yazıb.

Formda Azərbaycan heyəti bir sıra texnologiya liderləri ilə görüşüblər. TikTok, Coursera, LinkedIn kimi platformaların rəhbər şəxsləri ilə görüşlər keçirilib.

© copyright 2022 | tech.az | info@tech.az