Davos İqtisadi Forumu çərçivəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov TikTok şirkətinin vitse-prezidenti Helena Lerş ilə görüşüb. Tərəflər Azərbaycanda startap ekosistemi çərçivəsində görülən işlərdən, gələcək planlardan danışıblar. Həmçinin "TikTok Startap Akademiyası"nın fəaliyyəti, sosial platformaların biznesin potensialının təqdim edilməsi üçün əhəmiyyəti və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb.
Davosda keçirilən Dünya İqtisadi Forumunun ikinci günü qlobal liderləri, sənaye ekspertlərini və innovatorları bir araya gətirib. Tədbirdə Azərbaycan Respublikası da təmsil olunur.