Az | EN

Minlərlə insan beyin çipinin implantasiyası üçün Neuralink’ə müraciət edib

Nail Valiyev
10 Noyabr 2023 15:21
799 baxış
Minlərlə insan beyin çipinin implantasiyası üçün Neuralink’ə müraciət edib

Neuralink minlərlə insanın iştirak etmək üçün müraciət etdiyi beyin çipi sınaqlarına hazırlaşır. Sınaqlar xüsusilə iflic olanlar və 40 yaşdan aşağı şəxslər üzərində aparılacaq. 

Hazırlanmış çip beyin fəaliyyətini simsiz ötürməklə fikirlərin əmrlərə çevrilməsində mühüm rol oynayacaq. Bloomberg-in məlumatına görə qısa müddət ərzində mindən çox insan beyin implantasiyası üçün müraciət edib. Beyin çipi insanın beyin fəaliyyətini oxuyub təhlil edəcək və bu məlumatları simsiz olaraq yaxınlıqdakı noutbuk və ya planşetə ötürəcək. Beləliklə N1 çipinin insan sağlamlığı və həyatı üçün təhlükəsiz şəkildə beyin fəaliyyəti haqqında məlumat toplaya bilib-bilməyəcəyi yoxlanılacaq.

İlon Mask klinik sınaqların bəşəriyyət üçün böyük bir addım olduğunu və xüsusilə iflic olan insanların həyat keyfiyyətinə müsbət təsir göstərə biləcəyini qeyd edib. Sınaqların nəticələri beyin çipi texnologiyasının gələcəkdə istifadəsini daha aydın şəkildə ortaya qoyacaq.

© copyright 2022 | tech.az | info@tech.az