Az | EN

Mobil telefonların qeydiyyatına görə rüsumun məbləğləri azaldılır

Cəmil Hüseynzadə
25 Oktyabr 2023 10:58
798 baxış
Mobil telefonların qeydiyyatına görə rüsumun məbləğləri azaldılır

Fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun məbləğləri azaldılır.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. 

Layihəyə əsasən, qeydiyyata görə dövlət rüsumunun məbləği bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar üçün 20 manatdan 15 manata endirilir. Həmin cihazlar istisna olmaqla, digər mobil cihazlara görə dövlət rüsumunun dərəcələri də azaldılır. Başqa sözlə, qeydiyyata görə dövlət rüsumunun məbləği mobil cihazların bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda 20 manat, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda 30 manat, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda 40 manat, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda 50 manat, bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda 70 manat, bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda 100 manat.

© copyright 2022 | tech.az | info@tech.az