NASA 1995-ci ildən bəri ilk dəfə Avstraliyanın şimal bölgəsindən raket atdığını açıqlayıb.
ABŞ Aerokosmik Agentliyi (NASA) sonuncu raketini 1995-ci ildə Avstraliyadan buraxıb.
Avstraliyanın baş naziri Entoni Albenese bir neçə həftə əvvəl üçlü raket buraxılışının həyata keçiriləcəyini və bu missiyanın 1995-ci ildən bəri ölkəsində ilk NASA buraxılışı olacağını açıqlamışdı.
Üçlü raket ölkənin şimalındakı Arnhem Kosmik Mərkəzindən buraxılıb.
Növbəti buraxılış iyulun 4-nə planlaşdırılır. Əlavə edək ki, Arnhem Kosmik Mərkəzi dünyanın ilk və yeganə kommersiya mülkiyyətində olan və idarə olunan ekvatorial buraxılış sahəsi kimi tanınır.
NASA bu əməliyyatlardan sonra bütün material və qalıqları toplayaraq ABŞ-a qaytaracağına söz verib.
Həmçinin bu raketin ulduzların işığının ətrafdakı planetlərin atmosferinə necə təsir etməsi kimi məsələləri araşdırmaq üçün istifadə olunacaq alətlər daşıdığı qeyd olunub.