Az | EN

NASA CAPSTONE peyki ilə əlaqəni bərpa edib

Səbinə Eyvazova
08 İyul 2022 13:30
253 baxış
NASA CAPSTONE peyki ilə əlaqəni bərpa edib

NASA bir müddətdir əlaqə qura bilmədiyi CAPSTONE peyki ilə yenidən əlaqə qurduğunu açıqlayıb. 

NASA-nın Artemis layihəsində yer alacaq və qısa müddət əvvəl kosmosa buraxdığı CAPSTONE peyki aşağı Yer orbitini keçdikdən sonra NASA heyəti ilə əlaqəni itirmişdi. Əldə edilən məlumata görə, təxminən 25 kiloqram olduğu bildirilən CAPSTONE-un NASA ilə əlaqəsi bərpa edilib. 

Nəzərinizə çatdıraq ki, "CubeSat" kateqoriyasındakı peyk toplayacağı məlumatları bəşəriyyətin Aya enməsi üçün lazım olan ilkin məlumatları təmin edərək NASA-ya göndərəcək. Bundan əlavə, CAPSTONE-un noyabrın 13-də Aya çatacağı və məlumat toplamaq üçün ən azı 6 ay Ay ətrafında dövr edəcəyi gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az