Az | EN

NASA kainatın ən qədim qalaktikasını kəşf edib

Bənövşə Kazımova
21 İyul 2022 13:30
302 baxış
NASA kainatın ən qədim qalaktikasını kəşf edib

NASA-nın Ceyms Uebb Kosmik Teleskopu kainatda məlum olan ən qədim qalaktikanı aşkar edib.

Bildiyimiz kimi, NASA-nın Avropa Kosmik Agentliyi (ESA) və Kanada Kosmik Agentliyi (CSA) ilə birgə hazırladığı James Webb teleskopu 25 dekabr 2021-ci ildə uğurla orbitə buraxılı və işə başlamışdı.

Köhnəlmiş Hubble Kosmik Teleskopunu əvəz edəcək teleskop Günəş sistemindən kənarda kəşf edilən yeni planetlərdə həyatın olub-olmadığını araşdırır. Yeni paylaşılan məlumatlara görə, NASA-nın Ceyms Uebb Teleskopu (JWST) indiyə qədər kəşf edilmiş ən qədim qalaktikanı aşkar edib. Qalaktikanın 13,5 milyard il yaşında olduğu bildirilir.

2015-ci ildə Hubble Teleskopu tərəfindən kəşf edilən əvvəlki rekordun sahibi kainatın yaranmasından 400 milyon il sonra yaranan GN-z11 qalaktikası idi. Bu teleskop işığın kosmosda keçməsi üçün lazım olan vaxtı təhlil edərək zamanda geriyə getmək üçün geniş spektrli infraqırmızı işıqdan istifadə edir.

 

© copyright 2022 | tech.az | info@tech.az