Marsda həyat qalıqlarının axtarışını davam etdirən NASA nəqliyyat vasitələrinin topladığı nümunələr və məlumatlar ilə mühüm tədqiqatlar aparır. Belə ki, NASA-nın Marsa daha iki helikopter göndərəcəyi məlum olub.
NASA və Avropa Kosmik Agentliyi (ESA) bu vasitələrə yenilərini əlavə etməyi hədəfləyir. Bu məqsədə uyğun olaraq Marsa daha iki helikopter göndəriləcək. Nəqliyyat vasitələri müxtəlif nümunələr toplasa da, bu nümunələrin Yerə daşınması böyük əhəmiyyət kəsb edir. Bunun üçün 2027 və 2028-ci illərdə Marsa Earth Return Orbiter və Sample Retrieval Lander kosmik gəmisi göndəriləcək.
Ingenuity-dən sonra NASA biri ehtiyat olmaqla iki helikopterlə Perseverance-dən nümunələr toplamağa qərar verib. Bu yolla daşımaların daha sürətli olacağı bildirilir.