Az | EN

NASA mini robotlar hazırlamağı planlaşdırır

Səbinə Eyvazova
02 İyul 2022 13:30
219 baxış
NASA mini robotlar hazırlamağı planlaşdırır

İllərdir yadplanetli həyatınən mövcudluğunu öyrənmək istəyən NASA kimi bir çox qurumlar müxtəlif vasitələrlə Mars kimi planetləri araşdırır.

Buradan toplanan nümunələrin gələcəkdə kosmik gəmilərlə Yerə daşınacağı və araşdırılacağı bildirilir. Bu məqsədlə NASA digər planetlərdə yadplanetli həyatının mövcud olub olmadığını müəyyənləşdirə bilən mini robotlar hazırlamağı planlaşdırır.

Konsepsiya Yupiterin peyki Europa və ya Saturnun peyki Enceladus kimi göy cisimləri haqqında daha çox öyrənmək üçün yaradılmışdır. Layihəni hazırlayan robot-mexanik mühəndisi Ethan Şaler proqramın texniki-iqtisadi əsaslandırılması və dizayn variantlarını öyrənmək üçün NASA-dan 600.000 dollar qrant da alıb. Schaler yaxın iki il ərzində 3D çap edilmiş prototip yaratmağı hədəfləyir.

Şirkət həmçinin kiçik robotların unikal dizaynının yerdən kənar həyatın əlamətlərini axtarmaq üçün faydalı olacağını bildirib.

© copyright 2022 | tech.az | info@tech.az