NASA-nın Artemis Layihəsində reallaşacaq CAPSTONE kosmik gəmisinin buraxılış missiyası ləğv edilib. NASA-nın önümüzdəki illərdə astronavtları əvvəlcə Aya, sonra isə Marsa göndərmək istədiyi xəbərini sizinlə paylaşmışdıq. Artemis adlanan bu layihədə SpaceX, Avropa Kosmik Agentliyi və Yaponiya Kosmik Agentliyi kimi qurumlar iştirak edir.
NASA-nın bu gün Yeni Zelandiyadan edilməsi gözlənilən CAPSTONE kosmik gəmisinin buraxılış missiyası təxirə salınıb. NASA-dan verilən açıqlamada, qərarı CAPSTONE kosmos missiyasını müştərək icra edən tərəflərin birgə qəbul etdiyini bildirilib. Yeni tarix isə hələ müəyyən edilməyib.
Bildirilib ki, komandalar hava şəraiti və texniki amilləri nəzərə alaraq növbəti buraxılış cəhdinin tarixini müəyyən edəcəklər.