Nasdaq Thoma Bravo-ya məxsus fintek startapı Adenza-nı 10,5 milyard dollara satın alıb. Satınalma 5,75 milyard dollar nağd pul və 85,6 milyon Nasdaq səhmi vasitəsilə gerçəkləşib.
Müqavilənin imzalanması ilə onun bağlanması arasında təxminən altı aydan doqquz aya qədər bir müddət var. Bu prosesdə Nasdaq 5,9 milyard dollar borc almağı planlaşdırır.
Bu alış Nasdaq-ın ən böyük alışı mövqeyindədir. Açıqlamaya görə, Nasdaq dövriyyədə olan səhmlərinin təxminən 14,5 faizini Adenza sahiblərinə verməyi planlaşdırır. Adenanın illik gəlirinin isə 2023-cü ildə 590 milyon dollara çatması planlaşdırılır.
Qeyd edək ki, London və Nyu-Yorkda yerləşən Adenza banklara, sığorta şirkətlərinə, brokerlərə və maliyyə xidmətləri şirkətlərinə xidmət göstərir.