Az | EN

Nexus Lab "500 Eurasia" proqramına qəbul edilib

Cəmil Hüseynzadə
30 Sentyabr 2024 10:48
160 baxış
Nexus Lab "500 Eurasia" proqramına qəbul edilib

500 Global akselerasiya proqramında startaplar böyümə və inkişaf etmək üçün lazım olan bütün biliklərə sahiblənirlər. Proqrama qoşulan startaplar 5-10 dəfə miqyaslarını böyüdə biliblər. 
500 Eurasia (regional) bu il Azərbaycanın Nexus Lab startapını seçib. Nexus Lab, aviasiya şirkətlərinə dayanıqlı uçuş texnologiyaları təklif edərək 2025-ci ildə qüvvəyə minəcək AB tənzimləmələrinə uyğunluq təmin etmək məqsədilə uçuş optimallaşdırma proqramı vasitəsilə kondensasiya izlərini azaltmağa kömək edir.
500 Global 2010-cu ildə əsası qoyulmuş və erkən mərhələdə yüksək inkişaf edən texnologiya startaplarına sərmayə qoyan qlobal vençur kapitalı firmasıdır. Yarandığı gündən 500 Global 81 ölkədə 2600-dən çox şirkətin 5000-dən çox təsisçisini dəstəkləmişdir. Onun portfelinə 1 milyard dollar dəyərində 45 şirkət və dəyəri 100 milyon dollardan çox olan 130-dan çox şirkət daxildir. 500 Global maraqlı tərəflərlə sıx əməkdaşlıq edir və hökumətlərə və korporasiyalara startapın sürətli inkişafı üçün sahibkarlıq ekosistemlərinin yaradılması ilə bağlı məsləhətlər verir. Onu da qeyd edək ki, 500 Startups akselerasiya proqramı 2021-ci il sentyabrdan etibarən 500 Global olaraq adlandırılır.

© copyright 2022 | tech.az | info@tech.az