Parisdə keçirilən Süni İntellekt Zirvəsi tədbirində OpenAI-nin CEO-su Sam Altman, İlon Mask-ın OpenAI-nin qeyri-kommersiya hissəsini almaq üçün verdiyi 97,4 milyard dollarlıq təklifi-ni “bizə mane olmağa cəhd” adlandırıb.
"Mask açıq-aydın bizim rəqibimizdir," – deyə Altman bildirib. "O, öz süni intellekti xAI üçün çoxlu vəsait toplayıb və texnoloji baxımdan bizimlə rəqabət aparmağa çalışır."
Altman zarafat edərək əlavə edib: "Düşünürəm ki, Mask öz həyatını daim bir növ qeyri-müəyyənlik içində yaşayır... Məncə, o, xoşbəxt insan deyil."
Altman ictimai açıqlama ilə Mask-ın təklifini dərhal rədd edib. Görünən odur ki, OpenAI-nin idarə heyəti də bu təklifi rədd edəcək. Lakin bu qərar dərhal verilə bilərmi, bu hələ bəlli deyil. Çünki OpenAI-nin idarə heyətinin üzvü Larry Summers müsahibədə bildirib ki, “Bu təkliflə bağlı mediadan başqa heç bir rəsmi məlumat almamışam.”