Az | EN

“OpenAI” yeniyetmələr üçün valideyn nəzarəti funksiyalı “ChatGPT”ni təqdim edib

Nigar Sultanli
17 Sentyabr 2025 13:51
44 baxış
“OpenAI” yeniyetmələr üçün valideyn nəzarəti funksiyalı “ChatGPT”ni təqdim edib

ChatGPT-nin 18 yaşdan kiçik istifadəçilər üçün nəzərdə tutulmuş xüsusi, daha təhlükəsiz versiyası istifadəyə verilib. Bu yeniliklər, gənc istifadəçilərin təhlükəsizliyini artırmaq məqsədi daşıyır. Artıq sistem, istifadəçinin yaşını müəyyən edə bilmədikdə, onu avtomatik olaraq gənclər üçün nəzərdə tutulmuş təhlükəsiz versiyaya yönəldir.

Bundan başqa, valideynlər üçün də yeni nəzarət funksiyaları təqdim olunub. Valideynlər öz hesablarını uşaqlarının hesabı ilə əlaqələndirə, istifadə müddətini məhdudlaşdıra və bəzi funksiyaları söndürə bilərlər. Əgər uşaq stressli bir vəziyyətdə olarsa, valideynlərə xəbərdarlıq bildirişi göndərilir.

Yeni versiya, təhlükəsizlik tənzimləmələri çərçivəsində cinsi məzmunun və özünə zərərvermə mövzularının müzakirəsinin qarşısını alır. Ciddi hallarda isə valideynlərə və ya hüquq-mühafizə orqanlarına məlumat verilir. OpenAI-nin baş direktoru Sem Altman bildirib ki, şirkət yeniyetmələrin təhlükəsizliyini məxfilikdən daha vacib hesab edir. Bu yeniliklərin sentyabr ayının sonuna qədər tam şəkildə aktivləşdirilməsi gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az