1. CharterUP - $60 mln investisiya alan startap çarter avtobuslarının rezervasiyasını təmin edir.

2. Normunity - Xərçəng xəstəliyinin müalicəsi üçün immunoterapiyalar hazırlayan Normunity $65 mln yatırım əldə edib.

3. RapidSOS - Ötən həftə $75 mln investisiya alan RapidSOS cihaz və tətbiqlərdən lazımi məlumatları 911 və digər təhlükəsizlik qurumlarına ötürən platformadır.

4. Jetti Resources - Birinci dərəcəli sulfidlərdən mis hazırlamaq üçün texnologiya istehsal edən startap $100 mln yatırım alıb.

5. ConnexPay - $110 mln investisiya əldə edən startap ödəniş edən şəxslər və ödənişi qəbul edən şirkətlər arasında provayder olaraq fəaliyyət göstərir.

6. Versa Networks - Versa bulud əsaslı təhlükəsizlik həlləri təqdim etməklə, müəssisələri kiber hücumlardan qoruyur. Startap ötən həftə $120 mln yatırım alıb.

7. OpenWeb - İstifadəçilərin onlayn şəkildə açıq fikir mübadiləsi aparmaq üçün sosial platforma olan OpenWeb $170 mln investisiya əldə edib.

8. Ascend Elements - $200 mln yatırım alan startap istifadə olunmuş litium-ion batareyaların elementlərindən istifadə edərək yenidən batareya materialları istehsal edir.
.jpg)
