Az | EN

Ötən həftə ən çox investisiya alan startaplar

Bənövşə Kazımova
07 Noyabr 2022 11:39
472 baxış
Ötən həftə ən çox investisiya alan startaplar

1. Project44 - $80 mln yatırım alan Project44 logistika şirkətlərində təchizat zəncirinin idarə olunması üçün proqram təminatı hazırlayır.

2. Amagi Media Labs - Amagi Media Labs radio və televiziya yayım xidmətləri üçün bulud əsaslı proqram təminatı həlləri təqdim edir. Startap $82 mln investisiya əldə edib.

3. AMP Robotics - Ötən həftə $91 mln yatırım alan və süni intellektə əsaslanan startap plastik tullantıların təkrar emal olunması üçün avtomatlaşdırma həlləri təqdim edir. 

 

4. Apiiro - Apiiro proqramçılara və təhlükəsizlik mühəndislərinə kod bazalarını tam şəkildə görməyə və sistemdə yaranmış riskləri aradan qaldırmağa imkan verir. Startap ötən həftə $100 mln investisiya əldə edib.

5. ColdQuanta - $110 mln yatırım alan ColdQuanta kvant kompüterləri, sensorlar və şəbəkələri quran platformadır.

6. Human Immunology Biosciences - Allergik və iltihabi xəstəliklərdən əziyyət çəkən insanlar üçün tibbi preparatlar hazırlayan startap $120 mln investisiya alıb.

7. Alation - Alation müxtəlif təşkilatlara məlumatların idarə olunması üçün platforma təklif edir. Startap ötən həftə $123 mln yatırım əldə edib.

8. Emalex Biosciences - $123 mln investisiya alan Emalex Biosciences mərkəzi sinir sistemi xəstəlikləri üçün yeni müalicə üsulları hazırlayır.

© copyright 2022 | tech.az | info@tech.az