Az | EN

Ötən həftə ən çox investisiya alan startaplar

Bənövşə Kazımova
21 Noyabr 2022 10:26
504 baxış
Ötən həftə ən çox investisiya alan startaplar

1. Maven Clinic - $90 mln yatırım alan startap qadın və ailə sağlamlığı üçün virtual xidmətlər təklif edir.

2. Bonum Therapeutics - Bonum Therapeutics bir çox xəstəliklərin, o cümlədən xərçəngin müalicəsində istifadə olunan tibbi cihazlar istehsal edir. Startap ötən həftə $93 mln investisiya alıb.

3. Jnana Therapeutics - Xəstəliklərin müalicəsi üçün yeni nəsil tibbi preparatlar hazırlayan startap $107 mln yatırım əldə edib.

4. MBX Biosciences - Ötən həftə $115 mln alan MBX Biosciences nadir endokrin xəstəliklərin müalicəsi üçün terapiyalar təklif edir. 

5. CG Oncology - CG Oncology xərçəng hüceyrələrini məhv edə bilən immunoterapiyalar 
üzərində işləyir. Startap ötən həftə $120 mln investisiya əldə edib.

6. WEKA - $135 mln yatırım alan WEKA müəssisələrə məlumatların idarə olunması və ötürülməsi üçün bulud əsaslı proqram təminatı həlləri təklif edir.

7. Astera Labs - Astera Labs müasir texnologiya sistemləri üçün yarımkeçiricikər istehsal edir. Startap $150 mln investisiya əldə edib.

8. DispatchHealth - $330 mln yatırım alan startap hər yaşda olan xəstələrin öz evlərində tibbi xidmətlər üçün virtual səhiyyə təminatçısı olaraq fəaliyyət göstərir.

© copyright 2022 | tech.az | info@tech.az